Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının səkkizinci zirvə görüşünün keçiriləcəyi tarixi açıqlayıb.
Bu barədə Türkiyə lideri Türk Şurası liderlərinin qeyri-formal görüşündə çıxışı zamanı bildirib.
“Türk Şurasının səkkizinci zirvəsini pandemiya şərtlərinin imkan verdiyi ölçüdə 12 noyabr 2021-ci ildə İstanbulda təşkil etməyə ümid edirik”, - deyə R.T.Ərdoğan bildirib.