Oktyabrın 27-də Parisdə, Yelisey sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.
Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, sarayın qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib.
Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları birgə foto çəkdiriblər.
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edildi. Enerji, aerokosmik sənaye, hərbi-texniki, təhsil, metro inşaatı və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi. “Cənub” dəhlizi enerji layihəsinin reallaşması ətrafında fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların vəziyyəti, münaqişənin beynəlxalq hüquq normalarına əsasən, bununla bağlı indiyədək qəbul edilmiş sənədlərə uyğun ədalətli həlli ətrafında fikir mübadiləsi aparıldı. Münaqişə ilə bağlı status-kvonun dəyişilməsinin, işğal olunmuş ərazilərin azad edilməsinin zəruriliyi vurğulandı.
16:24
Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, F.Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.
Azərbaycan prezidenti ilə görüşdən sonra F.Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.
Qeyd edək ki, bu, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür.
E.Ə.
www.oxu.az