Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Dövlət başçısı: “Rusiya Prezidenti ilə həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük”
“Rusiya Federasiyasının Prezidenti ilə biz həm Rusiyada, həm də Azərbaycanda yetərincə tez-tez görüşürük. Buna görə bizim ünsiyyətimiz və görüşlərimiz qarşılıqlı fəaliyyətimizin inkişafına çox müsbət təkan verir, qarşılıqlı siyasi fəaliyyət də çox yüksək səviyyədədir”.
Bunları Prezidenti İlham Əliyev yanvarın 30-da “Rossiya 24” telekanalında TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycanın dövlət başçısının 60 illik yubileyinə həsr olunmuş “Hakimiyyət formulu” verilişində deyib.
“Əlbəttə, humanitar sahədə əməkdaşlığı hökmən qeyd etmək lazımdır və Rusiya Prezidenti ilə biz həmişə belə edirik. Fikrimcə bu, qonşular arasında əməkdaşlığın nümunəsidir. Azərbaycanda təhsilin rus dilində olduğu 330-dan çox məktəbin, Rusiyanın aparıcı ali məktəblərinin filiallarının mövcud olması və yetərincə zəngin mədəni proqramın olması Rusiyada çox yüksək qiymətləndirilir. Biz daim əlaqə saxlayırıq, yaxın dostlar və tərəfdaşlar kimi işləyirik”, -Azərbaycanın dövlət başçısı qeyd edib.
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Azərbaycan Prezidenti: "Biz obyektivlik tələb edirik"
- İlham Əliyev: "Hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib"
- Prezident: "Vətəndaşlarımızın aviaqəzada həlak olmasının günahı Rusiya nümayəndələrinin üzərindədir"
- İlham Əliyev: "Azərbaycan dövləti oğul və qızlarının qəhrəmanlığını həmişə layiqincə qiymətləndirir"
- Prezident təyyarə qəzasında həlak olan ekipajın ailə üzvləri və sağ qalan bələdçilərlə görüşüb