Noy
2013
14:45
14
1
1435
Virtual karabakh

Türkiyə mətbuatı Azərbaycan-Amerika Alyansının Vaşinqtondakı tədbirini yüksək qiymətləndirdi

5 Noy, 2013
14:45
1435

Türkiyə mətbuatı Azərbaycan-Amerika Alyansının Vaşinqtondakı tədbirini yüksək qiymətləndirdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Möhtəşəm gecədə iki ölkə arasında dostluq və iş birliyinin əhəmiyyəti vurğulandı”.

Türkiyənin aparıcı mətbuat orqanları Azərbaycan-Amerika Alyansının Vaşinqtonda təşkil etdiyi möhtəşəm ziyafət tədbirini geniş şəkildə işıqlandırıblar.

Oxu.Az xəbər verir ki, qardaş ölkənin mətbuatı tərəfindən yüksək qiymətləndirilən və “Vaşinqtonda möhtəşəm gecə” başlığı ilə dərc olunmuş yazılarda həmin tədbirdə Azərbaycanın tarixi, qədim ənənələri, zəngin musiqi, rəqs və yemək mədəniyyətinin amerikalılara təqdim olunduğu qeyd olunur. 

“500 nəfərin qatıldığı möhtəşəm gecədə iki ölkə arasında dostluq və iş birliyinin əhəmiyyəti vurğulandı, Azərbaycanın müstəqilliyinin 22 ili ərzində əldə etdiyi böyük nailiyyətlərdən bəhs edildi” – deyə, Türkiyənin haber1.com portalı yazır. 

Digər bir aparıcı media qurumu olan Star Gazetesi isə Azərbaycan-Amerika Birliyin İdarə Heyətinin sədri Den Bertonun qurumun, onun prezidenti və təsisçisi Anar Məmmədovun fəaliyyəti barədə çıxışına diqqəti cəlb edərək yazır:

“Den Berton Azərbaycanın 22 il kimi qısa bir müddətdə böyük addımlarla irəli gedərək, bütün dünyaya tanınmasından, Azərbaycanın zəngin tarixi, musiqisi, mətbəxi haqqında böyük fəxarətlə danışdı”.

Azərbaycan-Amerika Alyansının prezidenti Anar Məmmədovun həmin möhtəşəm ziyafətdə çıxışına toxunan “İpek yolu dergisi” isə qurumun ABŞ-dakı fəaliyyətindən bəhs edərək, bu istiqamətdə Anar Məmmədovun sözlərindən sitat gətirib:

“İnanıram ki, belə tədbirlər Azərbaycanın ABŞ-da daha yaxşı tanınmasına dəstək göstərəcək, dostluq və iş birliyinin inkişafında mühüm rol oynayacaqdır”.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan-Amerika Alyansı tərəfindən təntənəli ziyafət mərasimi təşkil olunub. 500-dən çox qonağın qatıldığı tədbirdə həmçinin ABŞ Senatının, Ağ Ev və Dövlət Departamentinin nümayəndələri iştirak ediblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri