25 
Apr
2015
19:03
141
32
1750
Virtual karabakh

İlham Əliyev Nepal prezidentinə başsağlığı verdi

25 Apr, 2015
19:03
1750

İlham Əliyev Nepal prezidentinə başsağlığı verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xəbər bizi son dərəcə sarsıtdı”.

Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti  Ram Baran Yadavaya başsağlığı verib.

Oxu.Az AzərTAc-a istinadla xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri