Dek
2015
15:47
115
166
25384
Virtual karabakh

Səmra Rəhimli “Səs Azərbaycan” səhnəsini coşdurdu – VİDEO

9 Dek, 2015
15:47
25384

Səmra Rəhimli “Səs Azərbaycan” səhnəsini coşdurdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

4 münsifi heyran edərək özünə tərəf döndərməyi bacardı.

Ölkənin əsas musiqi layihəsi olan “Səs Azərbaycan” tamaşaçı ordusunu genişləndirməyə davam edir.

Oxu.Az xəbər verir ki, hər cümə günü efirə gedən veriliş reytinqdə birinci olmaqla yanaşı, sosial şəbəkələrdə də ən çox müzakirə olunan layihədir.

“Görmədən dinləmələr” mərhələsinin 4-cü efir günündə isə tamaşaçıların diqqəti “O Səs Türkiyə” yarışmasının keçmiş iştirakçısı Səmra Rəhimliyə yönəlib.

Səhnədə Mayli Sayrusun “Wrecking Ball” mahnısını ifa edən Səmra mükəmməl səsi ilə hər 4 münsifi heyran edərək özünə tərəf döndərməyi bacarıb.

Yekunda Səmra Manananın komandasında yarışmağı seçib və bu komandanın ən güclülülərindən biri olub.

Səmranın çıxışı ilə bağlı sosial şəbəkələrdə aparılan müzakirələr hələ də səngimək bilmir.

Bəziləri iddia edir ki, bu layihənin ən yaxşı çıxışı idi. Bəziləri isə düşünür ki, Səmra özünü bundan da yaxşı göstərmək gücündədir.

Bir məqamı da qeyd edək ki, Səmranın mahnısı hətta “YouTube”da xeyli sayda izləyici marağına səbəb olub.

 Hələlik, bizə “Döyüş” mərhələsini gözləmək qalır.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri