28 
Yan
2016
11:48
38
327
21390
Virtual karabakh

Aygün Kazımovadan haqqında deyilənlər barəsində – AÇIQLAMA

28 Yan, 2016
11:48
21390

Aygün Kazımovadan haqqında deyilənlər barəsində – AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Onun sözləri 2 gündür geniş ictimaiyyətdə müzakirələrə səbəb olub.

Xalq artisti Aygün Kazımova bir neçə gün əvvəl özünə təmtəraqlı şəkildə doğum günü keçirib.

Oxu.Az xəbər verir ki, doğum günündən şəkillərini “Instagram” sosial şəbəkəsində paylaşan xalq artisti izləyicilərinin sərt tənqidi ilə qarşılaşıb.

Daha sonra Aygün Kazımova onun paylaşdığı şəkillərinin altında xoşagəlməz şərh yazanlara belə bir cavab verib:

“Hər birinizin mənfi rəyi,  mənim belə bir yerimə”.

Bu sözlər isə artıq 2 gündür geniş ictimaiyyətdə müzakirələrə səbəb olub.

Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı Aygün Kazımova ilə əlaqə saxlayıb. 

Xalq artisti saytımıza açıqlamasında fikirlərinin düzgün başa düşülmədiyini, heç kəsi təhqir etmədiyini deyib və fikrini şeirlə davam etdirib:

“Hər birinizin mənfi rəyi,

 Mənim belə bir yerimə.

 Bir yerimi təhqir saydız.

 Mən deyirdim, yəni mənim,

 Ürəyimə, ürəyimə, ürəyimə!”.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri