Mar
2016
15:23
116
31
6691
Virtual karabakh

Di Kaprio “Oskar”ı restoranda unutdu – VİDEO

1 Mar, 2016
15:23
6691

Di Kaprio “Oskar”ı restoranda unutdu – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Siz bunu götürmək istəyirsiniz?”.

Aktyor Leonardo Di Kaprio fevralın 28-də “Sağ qalan” filmində yaratdığı rola görə “Ən yaxşı kişi rolu nominasiyasında qazandığı “Oskar”ı restoranda unudub.

Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə TMZ məlumat yayıb. Portalın müxbiri “Oskar” gecəsinin fraqmentlərini kamerasına çəkməyə nail olub.  

Di Kaprio həmkarları ilə bərabər Los-Ancelesdə restoranlardan birində uğurunu qeyd edib. “BangShowBiz” nəşri təfərrüatları bildirir: Aktyor tədbirdən sonra küçəyə çıxıb və avtomobilinə doğru gedib, bu zaman restorandan əlində kiçik heykəl tutmuş bir nəfər qaçaraq onun yanına gəlib.

 “Siz bunu götürmək istəyirsiniz?”, - deyə “Oskar”ı göstərən adam Di Kapriodan soruşub.

“Denə ver”, - deyə aktyor cavab verib və həmin şəxs mükafatı aktyoru müşayiət edən adamlardan birinə verib. Di Kaprio özü isə digər dostunun əlindən təzə açdığı içki şüşəsini alıb.

“BangShowBiz”in məlumatına görə, restoranda qonaqlar Di Kaprionun “Oskar”ını bir-birinə ötürərək “Canavar sürüsü, canavar sürüsü!” deyiblər.

Aktyorun mükafatı Twitter-də rekord vurub. Onun adı çəkildikdən sonra istifadəçilər 1 dəqiqə ərzində 440 min tvit yazıblar.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri