Yenicə ailə həyatı quran azərbaycanlı model-aktrisa Minarə Allahverdiyeva və türkiyəli prodüser Kemal Cenk İçten hazırda Türkiyə Respublikasında istirahətdədirlər.
Oxu.Az xəbər verir ki, məşhur cütlüyün toyu fevralın 1-də baş tutub. Onlar bu ayın 3-də Türkiyəyə “bal ayı”na yollanıblar.
Minarə xanımın Oxu.Az-a verdiyi məlumata görə onlar bir həftədən sonra Azərbaycana dönəcəklər.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər