13 
İyl
2016
09:56
56
172
37968
Virtual karabakh

İlhamə Quliyevanın mirasının sahibləri bəlli oldu

13 İyl, 2016
09:56
37968

İlhamə Quliyevanın mirasının sahibləri bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərhum xalq artisti İlhamə Quliyevanın mirasının kimlərə qalacağı artıq məlum olub.

Oxu.Az xəbər verir ki, bu barədə lent.az-a açıqlama verən İ.Quliyevanın dayısı oğlu Eldar İsmayılov bildirib.

Onun sözlərinə görə, Yasamal Rayon Məhkəməsinin qərarına əsasən, xalq artistinin mirası bacıları Gülbaharİradə Quliyevalara qalıb:

“Bu açıqlamaya və qərara görə heç kim məndən inciməsin. Mən göydə Allaha, yerdə dövlətin qanunlarına inanıram. İlhamə xanımın mirası ilə bağlı dünən məhkəmə oldu. Mən orada iştirak edə bilmədim. Amma İlhamə xanımın bacısı İradə xanımın oğlu Nicat həmin məhkəmədə oldu.

İradə xanım özü müəyyən səbəblərə görə həmin məhkəmədə iştirak edə bilmədi. Gərək Orxan (İlhamə Quliyevanın oğulluğu) belə etməyərdi, efirdə deyirdi ki, “evin açarları məndədir”. Amma o evin qapılarını mən açdırmışdım. İndi Orxan başını itirib. Bu qərara görə, əlindən pulu çıxdı. Bir sözlə, məhkəmə qərarına əsasən, İlhamənin qanuni varisləri bacılarıdır”.

Qeyd edək ki, İ.Quliyeva dünyasını dəyişəndən sonra oğulluğu Orxan Nadirov mətbuata açıqlama verərək bildirmişdi ki, xalq artistinin tək varisi özüdür. Ona cavab olaraq isə İ.Quliyevanın bacısı Gülbahar Quliyeva müsahibə verərək bildirmişdi ki, onlar bacılarının mirasında maraqlıdırlar.

İ.Quliyevanın bacısı Gülbahar Quliyeva isə bildirib ki, yaxın günlərdə bu məsələ ilə bağlı mətbuata məlumat veriləcək. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri