Xəbər verdiyimiz kimi, tanınmış rejissor Şahin Zəkizadə ağır xəstəliyə düçar olub. Yerli mətbuatda və sosial şəbəkələrdə rejissorun qan xərçəngindən əziyyət çəkdiyi ilə bağlı məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, o, sosial şəbəkə vasitəsilə mətbuatda dərc olunan xəbərləri təsdiq edib.
“Allahın salamı olsun, əziz dostlarım, qohumlarım, məni tanıyan və tanımayan hər kəsə... Bu günlərdə mənimlə olduğunuz üçün təşəkkür edirəm. Reallıqla barışmaq çətin olsa da, bildikləriniz düzdür. İlk növbədə Allahımdan bağışlanmağımı dua edirəm. Sizlərdən kiminsə nə vaxtsa ya haqqına girmişəm, ya xətrinə dəymişəmsə, halal edin. Elə bil ki, yuxu görürəm... Bu yuxudan ayılmaq üçün dəstəyinizə və dualarınıza böyük ehtiyacım var. Allah hər birinizi qorusun”, - deyə rejissor yazıb.
Şahin Zəkizadə keçmiş model, hazırda vizajist kimi çalışan Səbinə Zəkizadə ilə ailəlidir. Cütlüyn Əli adında bir yaşlı oğlu var. Rejissor Səbinə xanımla ailə qurana qədər iki dəfə evli olub. İkinci evliliyindən bir qızı var.
Rəylər