31 
Okt
2016
12:04
153
85
36155
Virtual karabakh

İfası ilə Türkiyəni heyran edən Gülşən İbadova kimdir? – FOTO + VİDEO

31 Okt, 2016
12:04
36155

İfası ilə Türkiyəni heyran edən Gülşən İbadova kimdir? – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şənbə günü “O səs Türkiyə”də azərbaycanlı ifaçı Gülşən İbadovanın çıxışı böyük səs-küy yaradıb.

Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, həmyerlimizin ingilis və fransız dilində oxuduğu “La Voix” adlı opera əsəri hər kəs tərəfindən bəyənilib. G.İbadova 4 münsifin də rəğbətini qazana bilib, yarışmaya Gökhanla Hakanın komandasında davam etmək istədiyini açıqlayıb.

Bəs səsi və danışıq tərzi ilə Türkiyəni özünə valeh edən Gülşən İbadova kimdir?

30 yaşlı Gülşənin əsl adı Dilşəndir. İbаdоvа Dilşən Mirzəbəy qızı 20 yаnvаr 1986-cı ildə Rusiyа Fеdеrаsiyаsının Аmur vilаyətinin Tаmbоv şəhərində аnаdаn olub. 1 dеkаbr 2005-ci il tаrixindən Аzərbаycаn Dövlət Musiqili Tеаtrındа xоr аrtisti vəzifəsində işləyir. Səs tеmbri sоprаnоdur. Tеаtrdа işlədiyi müddət ərzində “О оlmаsın, bu оlsun”, “Bаnkir аdаxlı”, “Səhnədə məhəbbət”, “Məhəbbət оyunu”, “Qırmızı pаpаq”, “Şən dul qаdın”, “Şеytаnın yubilеyi” və başqa tаmаşаlаrındа iştirаk edib.

Azərbaycanlı iştirakçı barədə Musiqi Teatrın rəsmi internet səhifəsində ətraflı məlumat verilib. 
Bundan başqa, Dilşən ATV kanalında yayımlanan “Yeni ulduz – 9” mahnı müsabiqəsinin iştirakçısı olub, təəssüf ki, finala vəsiqə qazana bilməyib.

Maraqlıdır ki, Gülşən yarışmanın ikinci həftəsində səhnəyə geyindiyi libasdan “O səs Türkiyə” yarışmasında da istifadə edib.

İbadova “Eurovision - 2011” milli seçim turlarına da qatılıb. O, Türkiyədəki ifa etdiyi opera əsərini elə milli seçim turlarında da ifa edib.

 

 

 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri