Mar
2014
10:25
24
10
3922
Virtual karabakh

Model Minarə Allahverdiyeva yeni seriala çəkilir – FOTO

5 Mar, 2014
10:25
3922

Model Minarə Allahverdiyeva yeni seriala çəkilir – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu serialda mən öz həyatımı oynayacağam”.

“Miss Azerbaijan 2013” gözəllik müsabiqəsinin iştirakçılarından olan Minarə Allahverdiyeva yeni seriala çəkilir.

Oxu.Az xəbər verir ki, İsmayıl Həsənzadənin rejissorluğu ilə model  “Ürəyimdə qalan arzum” adlı serialda baş rolda oynayacaq.

Tanınmış model Oxu.Az-a müsahibəsində bunları söylədi:

“Bu həftənin sonu serialın tizeri çəkiləcək. Gələn həftədən artıq serialın çəkilişlərinə başlayacağıq. Orada baş rolda, Cəmilə adlı hüquqşünas obrazındayam. Serialda öz həyatımı oynayacağam. Cəmilə varlı bir ailənin övladıdır. Lakin valideynlərini erkən itirir. Çətinliyi də elə həmin gündən başlayır. Mən də anamı çox tez - 10 yaşım olarkən itirmişəm. Anamın vəfatından sonra mən çox stress yaşadım. Atasız yaşamaq olar, amma anasız mümkün deyil. Çünki mən o əziyyəti çəkdim”.

Qeyd edək ki, gənc və gözəl model Xəzər telekanalında yayımlanan “Sənə inanıram” adlı serialda da oynayır. Sözügedən serialın çəkilişləri də davam edir.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri