23 
Yan
2017
21:14
12
169
4723
Virtual karabakh

Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb

23 Yan, 2017
21:14
4723

Avstraliyalı aktyor klip çəkilişləri zamanı ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avstraliyalı aktyor Brisben şəhərindəki barların birində klip çəkilişi zamanı güllə yarası alaraq vəfat edib.

Bu barədə Oxu.Az Report-a istinadən xəbər verir.

Məlumata görə, “Bliss n Eso” hip-hop qrupunun klipinin ssenarisi əsasında atışma olub. Atəş epizodunun çəkilişi zamanı gənc aktyorlardan biri sinəsindən yaralanıb və keçinib. Polis hadisəni istehsal qəzası kimi qələmə verib.

Polis nümayəndəsi Tom Armitt bildirib ki, hələlik aktyorların boş və ya döyüş patronları ilə silahlandığı dəqiq bilinmir. Qeyd olunub ki, yaxın məsafədən atəş zamanı boş patron da ciddi yaralanmaya səbəb ola bilər.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri