24 
Yan
2017
10:57
80
24
3783
Virtual karabakh

Evlilik verilişindəki azərbaycanlı cütlük ayrıldı – VİDEO

24 Yan, 2017
10:57
3783

Evlilik verilişindəki azərbaycanlı cütlük ayrıldı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Star TV”-də yayımlanan “Zuhal Topalla” evlilik verilişinin gündəmdə olan azərbaycanlı cütlüyü NazƏli ayrılıb.

Oxu.Az xəbər verir ki, Əli Naza güvənmədiyini bildirib. Naz da Əli ilə münasibətlərinin alınmayacağını söyləyib. Əli isə proqramın aparıcısından icazə alaraq studiyanı tərk edib.

Xatrıladaq ki, Naz bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və sonradan nişanı qaytarıb.

Naz Əli ilə görüşə başlayanda Baha onların münasibətlərinin saxta olduğunu bildirib. 

Sonradan isə Türkiyə saytları Bahanın Nazı döydüyünü yazıb. Lakin Baha sosial şəbəkədə açıqlama verərək Nazla bir-birilərini həqiqətən sevdiklərini və may ayında ailə üzvlərinin iştirakı ilə nişanlanmaq istədiklərini, evlənməyi planlaşdırdıqlarını söyləyib. Onun sözlərinə görə, proqramın əməkdaşları bununla razılaşmayaraq reytinq xatirinə onlardan oyun oynamağı tələb edib və zorla nişan etdirərək cütlüyü sonradan ayırıblar.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri