17 
Mar
2017
15:14
285
100
22050
Virtual karabakh

Azərbaycanın gözəllik müsabiqəsinin qalibi azadlığa buraxılıb – FOTO + VİDEO

“Həbsdən azadlığa çıxmaq elə hissdir ki, bunu sözlərlə ifadə etmək çətindir. Hələ də şokdayam və azadlıqda olduğuma inanmıram”.

Oxu.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan Azərbaycanın gözəllik müsabiqəsinin keçmiş qalibi, model Qalina Babayeva deyib.  

O qeyd edib ki, ev oğurluğu hadisəsinə görə məhkum olunub və 9 il müddətinə azadlıqdan məhrum edilmişdi:

“Cəzamın bitməsinə 3 il 7 ay qalmışdı. Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamında adımın olduğunu eşidəndə çox sevindim. Buna görə dövlət başçısına dərin təşəkkürümü bildirirəm. Bu Novruz bayramı bizim ailə üçün ikiqat bayram oldu”.

Qeyd edək ki, Q.Babayeva 2002-ci ildə Türkiyədə keçirilən “Miss Şarm Azərbaycan - 2002”-nin qalibi seçilib. O, müsabiqədə qalib gəldikdən sonra jurnallarda fotosessiyalara çəkilib.

Q.Babayeva daha sonra sponsoru olduğu şəxsin evindən qızıl-zinət əşyaları oğurlayıb. O, 9 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

 
A.S.

Digər Şou-biznes xəbərləri