30 
Mar
2017
14:38
53
395
7768
Virtual karabakh

Elza Seyidcahan: Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb

30 Mar, 2017
14:38
7768

Elza Seyidcahan: Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Metroda opüşən gənclərin üstünə bu qədər getmək, onları sıxışdırmaq düzgün deyil”.

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan bildirib.

Onun sözlərinə görə, bu qınaq onları sevgidən iyrəndirə bilər:

“Sevginin gözü kor olur, onlar həmin anda ətrafı görməyib. Bəlkə də düşünüblər ki, onlara heç kim baxmır. Qoyun, bir-birlərini sevsinlər, təki sevgi olsun. Bu sevgidən onların övladları olsun, oğlan qızı aldatmasın, evlənsinlər. İllər keçəndən sonra isə desinlər ki, biz bu sevgini qoruduq”.

Elza Seyidcahan hazırda müasir cəmiyyətdə yaşadığımızı qeyd edib:

“Mentalitet deyilən bir şey var. Jurnalist onlara baxmayıb keçə bilərdi. Amma onların münasibəti gör nə dərəcədə olub ki, jurnalisti qıcıqlandırıb. Sevgi hissləri sözə baxmır və vaxtı da bilinməz. Gərək, bu hissləri ikilikdə yaşayasan, bir kimsə görməsin. Cəmiyyət arasında bu hisslər yaxşı qarşılanmır. İnsanların hissləri ilə oynamaq olmaz. Gənclərin öpüşməsi ətrafdakıların ehtirasını oyadıb. Bu isə yaxşı deyil”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri