21 
Apr
2017
15:59
61
26
5239
yuxarı
Vəfa Zeynalova serialdan niyə gedib?
21 Apr, 2017
15:59
5239
61
26
Vəfa Zeynalova serialdan niyə gedib?
Əməkdar artist Vəfa Zeynalova ATV-də yayımlanan “Qardaşlar” serialından gedib.
Oxu.Az Qafqazinfo-ya istinadla xəbər verir ki, Bahar obrazını canlandıran aktrisa bir müddətdir serialda iştirak etmir, hətta onun adı serial başlayan zaman qeyd olunan aktyor heyəti siyahısından çıxarılıb.
Layihənin baş prodüseri Elməddin Cəfərov məsələyə münasibət bildirib:
“Vəfa xanım serialdan qarşılıqlı razılaşma ilə gedib. Bu, həmişəlik getmək deyil. Ola bilsin ki, sentyabr ayından yenidən bir arada çalışacağıq. Sadəcə olaraq ssenari yeniləndi, serialın mövzusu dəyişdi.
Hər il yanvar və avqust aylarında yeni mövzu və yeni nəfəslə tamaşaçı qarşısına çıxırıq. Heç bir sıxıntı yoxdur”.
A.S.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Şou-biznes xəbərləri
25 
Apr
2024
23:34
Könül Kərimova cavanlaşma əməliyyatı barədə: “Deyirəm, heç kəs inanmır” - FOTO
32
281
4874
25 
Apr
2024
20:32
Məşhur aparıcı Aleksandr Maslyakovun işindən getmə səbəbi açıqlandı - FOTO
81
10
2236