12 
May
2017
11:35
231
77
38912
Virtual karabakh

Xalq artisti ərə gedir: Mayın 23-də toydur – FOTO

12 May, 2017
11:35
38912

Xalq artisti ərə gedir: Mayın 23-də toydur – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Aygün Bayramova subaylığın daşını atmaq niyyətindədir. 

Oxu.Az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, 49 yaşlı muğam ifaçısının mayın 23-də paytaxtın məşhur hotellərinin birində toyu olacaq.

Xalq artisti adını gizli saxladığı tanınmış iş adamı ilə nikaha girəcək. O, bu özəl gününü mediadan gizlətməyə çalışıb. İfaçının özəl gününə ölkənin müxtəlif sahəsinin say-seçmə adamları, Xalq, Əməkdar artistləri və şou-biznesin bir çox tanınmış simaları dəvət olunublar.

Qeyd edək ki, bu, A.Bayramovanın ilk evliliyidir. Xalq artisti 1967-ci il avqustun 4-də Ağdam rayonunda anadan olub. 2003-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.

Z.Q.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri