Uzun müddət müalicə alaraq prostat xərçəngindən xilas olan Türkiyənin tanınmış müğənnisi Harun Kolçak yenə xəstəxanaya düşüb.
Oxu.Az-ın Axşam.az-a istinadən məlumatına görə, xərçəng xəstəliyinin müğənnin bütün bədəninə yayıldığı və nəticədə təcili əməliyyat olunması lazım olduğu iddia olunub.
Bu xəbəri eşidən Harun sosial mediada hesabından video paylaşaraq açıqlama verib:
“Xəstəxanadan görüntülərimi paylaşıram ki, hər şeyin yaxşı olduğunu biləsiniz. Sadəcə müayinə üçün buradayam. Hələ bir neçə gün də müayinə olunacağam. Özüm burada qalmaq istədim, çünki mənə yaxşı qulluq olunur. Ramazandan sonra konsertim var. Ona hazırlaşıram. Narahat olmayın”.
A.S.
Rəylər