27 
İyn
2017
14:30
223
35
6152
Virtual karabakh

Aktrisa: Atamın silləsini yemişəm – VİDEO

27 İyn, 2017
14:30
6152

Aktrisa: Atamın silləsini yemişəm – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ARB TV-də “Ömrün fəsilləri” verilişinin növbəti qonağı Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova maraqlı açıqlamalar verib.

Oxu.Az ARB TV-yə istinadən xəbər verir ki, o, ailəsindən və atası ilə münasibətindən bəhs edib:

“Atam diktator idi. Çox hirslənəndə şilləsini yemişəm. Anam da çox sərt idi. O zamanın mentalitetində qız uşağının üzərində daha çox titrəyirdilər. Atamın mənim aktrisa olmama icazə verməsinə özüm də şok oldum. Atama deyəndə ki, İncəsənət universitetinin aktyorluq fakültəsinə imtahana girmək istəyirəm mənə mənfi nə isə demədi. Nə anam, nə də atam mənə qarşı çıxmadı. 

Yəqin ki, mənə inamı var idi. Onun da özünə görə qanunları var idi. Açıq-saçıq, öpüşmə və s. tipli səhnələrin olmasını istəmirdi. Atam deyirdi ki, ön sırada olacam tamaşa zamanı, xoşuma gəlməyən nə isə olsa, səhnəyə çıxacam. Belə qorxularım var idi. Heç bir maneçilik görmədim. Atamın qısqanclıqları çox idi. 

Tamaşadan sonra atam həmişə gəlib məni evə aparırdı. Bir tamaşaçı 2 gün əlində çiçəklə məni gözləyirdi. Atam bunu 2 gün dalbadal gördü və əsəbiləşdi. Hətta atam çiçəyi əlimdən alıb oğlanın gördüyü formada yerə atdı. Oğlanı bir daha görmədim”.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri