13 
İyl
2017
16:27
24
66
3231
Virtual karabakh

Londonda Vivyen Linin əşyalarının sərgisi - FOTO

13 İyl, 2017
16:27
3231

Londonda Vivyen Linin əşyalarının sərgisi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Istedadlı və gözəl Vivyen Li tamaşaçıların qəlbində əbədi olaraq 1939-cu ilin “Küləklə sovrulanlar” kult filmindəki cəsarətli və çox güclü Skarlet O'Hara kimi qalıb. 11 avqust tarixinədək Londondakı “Sоtheby’s” auksion evinin binasında aktrisanın şəxsi əşyaları sərgilənəcək. Sentyabr ayında bütün nümayiş olunan əşyalar həmin auksionunda satışa çıxarılacaq.

Oxu.Az bu barədə nargismagazine.az-a istinadla xəbər verir.

Londondakı sərgi - Vivyen və Lourens Olivye arasındakı sevgi hekayəsini, onun xəstəliyi və məşhur rolunun təfərrüatını, məşhur “Küləklə sovrulan” Skarletin kim olduğunu açmağa çalışacaq.

Arzu edən hər kəs Vivyenin ailəsində qorunub saxlanılan rəsm əsərləri, zinət əşyaları, geyimləri, kitabları, mebel əşyaları vasitəsilə onun həyatının bir parçasına toxuna biləcək. Şəxsi fotoları, hədiyyələri və hətta çəkilişləri bitdikdən sonra ona hədiyyə olunan əfsanəvi rolunun ssenarisi onun Londonda müharibədən öncəki illərdən başlayaraq Hollivuddakı işlərinin, həmçinin 1967-ci ildə vəfatınadək həyatının müxtəlif tərəflərini göstərəcək. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri