“QOLOS” müsabiqəsinin iştirakçılarından olan Nodar Reviya Bakıda çıxış etdi.
Oxu.Az xəbər verir ki, gənc müğənninin konserti aprelin 11-i “Opera Sky”da, Beat Group şirkətinin yeni müəllif layihəsi çərçivəsində reallaşıb.
Layihənin məqsədi yeni istedadları kəşf edib, onlara musiqi dünyasında öz yollarını tapmaqda yardım etməkdir.
Sözügedən layihənin təqdimetmə mərasimində N.Reviya ilə yanaşı Azərbaycanın “Rast” qrupu “Opera Sky”-ın “Beatheaven” və “Twenty five” qrupları da iştirak ediblər.
Elvin Əhmədov
www.oxu.az
Rəylər