14 
Avq
2017
15:55
34
314
22336
Virtual karabakh

Milanın ürəyi də dayandı: Onu aparatdan ayırdılar – VİDEO

14 Avq, 2017
15:55
22336

Milanın ürəyi də dayandı: Onu aparatdan ayırdılar – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənc aktrisa Mila Əminə süni nəfəs aparatından ayrılıb.

Oxu.Az xəbər verir ki, bu barədə PrimeTime.Az-a İstanbulda olan müğənni Rəqsanə İsmayılova məlumat verib.

O bildirib ki, hazırda Mila Əminənin yatdığı klinikadadır: “Milanın ürəyi aparatda ola-ola dayanıb. Həkimlər orqanlarını çatdırıb götürə bilmədilər. Təzyiqi də çox düşmüşdü”.

Müğənni aktrisanın sabah dəfn olunacağını deyib: “Bu gün xəstəxanadan nəşini çıxarırlar. Sabah dəfn olunacaq. Çox pisəm. Anasını elə çarəsiz gördüm, çox pis oldum. Anası Milanı tək başına, atasız böyüdüb. Deyir, qəbiristanlıqda yatacağam. Qızımdan sonra yaşaya bilmərəm”.

Xatırladaq ki, bu gün səhər saatlarında anası Milanın orqanlarını ehtiyacı olan xəstələrə bağışlayacağını açıqlamışdı. Lakin son anda vəziyyət dəyişib, Milanın orqanlarını götürmək mümkün olmayıb. Çünki onun ürəyi aparatdan ayrılmadan öncə dayanıb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri