19 
Avq
2017
12:00
44
335
25185
Virtual karabakh

“Faytonçu” Nazimin bacısı qardaşı ilə bağlı açıqlama verdi – YENİLƏNİB

19 Avq, 2017
12:00
25185

“Faytonçu” Nazimin bacısı qardaşı ilə bağlı açıqlama verdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Faytonçu” ləqəbi ilə tanınan azərbaycanlı müğənni Nazim Pişyari ölməyib”.

Oxu.Az xəbər verir ki, bu barədə Lent.az-a müğənninin kiçik bacısı Təranə Pişyari bildirib.

Onun sözlərinə görə, bu xəbər yalandır: “Hazırda Nazimin müalicəsi gedir. Əməliyyatdan sonra özünə gəlməsi bir az vaxt aparacaq, bunu hamı bilir. Bu xəbəri yaymaqla kim nə əldə edir, bunu anlamıram. Nazim sağ-salamatdır, hər şey yolundadır, sağalandan sonra, inşallah, efirə də çıxacaq”.

11.14

Xəbər verdiyimiz kimi, müğənni Vüqar Muradov bu gün səhər saatlarında sosial şəbəkədə “Faytonçu” Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.

Oxu.Az-ın əməkdaşı bununla bağlı N.Pişyarinin bir neçə yaxın dostu ilə əlaqə saxlayıb.

Həmin şəxslər xəbəri təkzib edib. İfaçının hazırda sağ-salamat olduğu bildirilib.

09.16

Müğənni Vüqar Muradov 2 saat əvvəl sosial şəbəkədə “Faytonçu” Nazimin (Nazim Pişyari) vəfat etməsi ilə bağlı xəbər yayıb.

Oxu.Az-ın əməkdaşı V.Muradovun prodüseri ilə əlaqə saxlayıb. O, bu məlumatın Nazim Pişyarinin yaxın dostu Ələkbər Şahmuradovun səhifəsindən götürüldüyünü bildirib və bu haqda dəqiq məlumatı olmadığını söyləyib. Zəngimizdən sonra isə müğənni məlumatı səhifəsindən silib.

Daha sonra N.Pişyarinin yaxınları və dostları ilə əlaqə saxlamağa çalışsaq da, zəngimizə cavab verən olmadı.

Aytən Sadıqzadə

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri