19 
Okt
2017
13:55
51
252
8472
Virtual karabakh

MTRŞ sədri: “Maşın” şouda qanun pozuntusu yoxdur

19 Okt, 2017
13:55
8472

MTRŞ sədri: “Maşın” şouda qanun pozuntusu yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Milli Televiziya və Radio Şurası Azərbaycan teleradio məkanında bütün verilişlərin milli-mənəvi dəyərlər çərçivəsində aparılmasını diqqətdə saxlayır. Bəzən özəl telekanallarımızda milli-mənəvi dəyərlərə qarşı biganəlik göstərilir, bəzi xoşagəlməz hadisələr baş verir”.

Oxu.Az-ın APA-nın məlumatına görə, bunu Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib.

ATV telekanalında yayımlanan “Maşın-şou” ilə bağlı MTRŞ-in hansı addımları atacağı barədə suallara cavab olaraq N.Məhərrəmli bunları deyib: “İstərdik ki, bütün şou xarakterli verilişlərdə milli-mənəvi dəyərlər qorunsun. Əgər “Maşın”şouda qanun pozuntuları olarsa, biz ciddi şəkildə onlara qarşı tədbirlər görəcəyik. Amma hazırda baş verənlər qanun pozuntusu deyil. Çox təəssüf ki, verilişlər aşağı səviyyədədir, qanun isə aşağı səviyyədə olan verilişlərə icazə verir. Çalışmaq lazımdır ki, keyfiyyətli verilişlər ortaya qoyaq”.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri