“AvtoFM” hər zaman olduğu kimi dinləyicilərini sevindirməkdə davam edir.
Oxu.Az xəbər verir ki, 107.7 “AvtoFM”-də DJ Ülviyyənin (Ülviyyə Ağayeva) təqdimatında efirdə olan “Avtogid” verilişində dinləyicilər iyun ayının 6, 7 və 8-də Heydər Əliyev Sarayında keçiriləcək Türkiyənin rəqs sultanları “Anadolu Atəşi” qrupunun konsertində iştirak etmək şansı əldə ediblər.
Belə ki, veriliş ərzində hər cümə günü keçirilən müsabiqədə milli və dünya rəqsləri ilə bağlı mövzudakı suallara doğru cavab verən dinləyicilər pulsuz biletlər qazanıblar. Suala düzgün cavab verən hər bir dinləyici “Anadolu Atəşi”nin konsertinə 2 bilet qazanıb.
Qeyd edək ki, 107.7 “AvtoFM”-də efirə gedən “Avtogid” verilişi həftə içi 5 gün saat 13.00-dan 15.00-a kimi DJ Ülviyyənin təqdimatında canlı yayımlanır.
Qaliblərin siyahısını təqdim edirik:
Nurəliyev Ariz İsam oğlu
Hüseynov İlkin Ağahüseyn oğlu
Əliyeva Firəngiz Fikrət qızı
Əliyeva Qəmər Əli qızı
Orucova Səbinə Vaqif qızı
Rauf Mirqulamov Rəfael oğlu
Məmmədov Elman İslam oğlu
Xəlilova Arzu Alış qızı
Mustafazadə Ənvər Rəfael oğlu
Diana Kiraz Ağamirzə qızı
“AvtoFM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, vətəndaşları birbaşa olaraq Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti barəsində maarifləndirmək, geniş əhali kütləsini sistemlərin işləmə mexanizmini ətraflı öyrənməyə sövq etmək, NİİM-də olan məlumatları ictimaiyyətlə paylaşmaq məqsədi daşıyır.
“AvtoFM” radiosunda ənənəvi informativ və əyləncəli xarakter daşıyan proqramlar, müxtəlif janrlı musiqi nömrələri də yayımlanır.
Beləliklə, gün ərzində avto aləmdə baş verən hadisələrdən, xəbərlərdən, hit musiqilərdən və s. xəbərdar olmaq istəyirsinizsə, mütləq radio dalğalarınızı 107.7 FM tezliyində yayımlanan “AvtoFM”-ə kökləyin.
Aytən Sadıqzadə
www.oxu.az
Rəylər