24 
Okt
2018
16:01
19
22
6132
yuxarı
Sıla və Ahmet Kural evlənir - FOTO
24 Okt, 2018
16:01
6132
19
22
Sıla və Ahmet Kural evlənir - FOTO
Doqquz aylıq münasibətdən sonra ayrılan və on ay ayrı qalan türkiyəli məşhurlar Sıla və Ahmet Kural yenidən barışaraq, evlənməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə “Gel, konuşalım” adlı proqramda məlumat verilib.
Bildirilir ki, cütlüyün ailələri yeməkdə bir araya gələcək.
Qeyd edək ki, cütlük bu ilin yanvar ayında ani bir şəkildə ayrılmışdı. Ortada iki iddia var idi: biri Ahmetin Sılaya xəyanəti, digəri isə Ahmetin onu döyməsi.
Ayrılıqla bağlı heç bir açıqlama verməyən cütlük bir-birini “Instagram” izləməsindən çıxarmış, fotolarını silmişdilər. Daha sonra Ahmet Sılanı yenidən izləməyə başlasa da, Sıla onu əngəlləyərək, qara siyahıya atmışdı.
Onu da bildirək ki, cütlüyün yenidən barışması sosial mediada yayılan fotodan bəlli olub.
Pərviz Hüseyn
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək