17 
Dek
2018
12:23
20
149
8632
Virtual karabakh

Rejissor: Arvadım öləndə dişlərini onun yanında basdırdıq - VİDEO

17 Dek, 2018
12:23
8632

Rejissor: Arvadım öləndə dişlərini onun yanında basdırdıq - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rejissor Nail Naiboğlu ilk dəfə həyat yoldaşının ölümündən danışıb.

Oxu.Az-ın xəbərinə görə, o, arvadının ölümündən ARB TV-nin “Öz evimizdir” verilişində söz açıb.

“Bir günün içində baş verdi. Axşam montajda idim, oğlum zəng etdi ki, “ata, evə gəl, anamın halı yaxşı deyil”. Gəlib, gördüm ki, özündə deyil, dodaqları qaralıb. Soruşdum, nə olub? Dedi, “elə bil məni boğurlar”. Oturdum yanında, İlahəyə yazdım ki, Güləri itirsəm, mənə çox çətin olar.

Heç bir xəstəliyi yox idi. Bir az artıq çəkisi var idi. Mədəkiçiltmə əməliyyatı etdirəcəkdi. Dişlərinin müalicəsi gedirdi, onu gözləyirdik. Amma müalicə bitmədən dünyasını dəyişdi. Öləndə dişlərini də yanında basdırdıq”.

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri