Tanınmış fotoqraf İsa Aydının tanınmış model Nuridə Əliyevanın iştirakı ilə çəkdiyi yeni “Nurida Aliyeva” (Nude) videosu son günlər sosial şəbəkələrdə ən müzakirə olunan mövzudur.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, səs-küy salmış videonun qəhrəmanı Nuridə Əliyeva bütün məsələləri aydınlaşdırmaq qərarına gəlib.
“Ümid edirəm ki, bizim yeni işimiz heç kimi biganə qoymayacaq – Nuridə deyir. – Qoy oxucular düşünməsinlər ki, fotosessiyanın əsas məqamı çılpaq fotolardır. Mən orada geyimdəyəm. Biz fashion-layihə çəkirdik.
Bizim ilk qalmaqallı fotosessiyamızdan sonra çoxları məndən soruşurdu – axı nə üçün sən ümumiyyətlə soyunmaq qərarına gəldin? Mən ona görə soyundum ki, yenilik istəyirdim. Bir çox qızların buna cəsarəti çatmır, bir çoxlarına xarici görünüşü imkan vermir. Allaha şükür mənim həm cəsarətim var, həm də bədənim gözəldir. Bütün zamanlarda rəssamlar, heykəltəraşlar, sonra isə fotoqraflar insan bədəninin gözəlliyini tərənnüm edirdilər – sadəcə daha geniş düşünmək lazımdır...”, - deyə, o bildirib.
Mövzu ilə əlaqədar: http://www.oxu.az/showbiz/2881
Rəylər