Fev
2019
14:37
260
32
8195
Virtual karabakh

İmadəddin Nəsiminin şeiri türk serialında səsləndirildi - VİDEO

6 Fev, 2019
14:37
8195

İmadəddin Nəsiminin şeiri türk serialında səsləndirildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin məşhur “Ay yapım”ın şirkətinin istehsal etdiyi yeni “Kuzgun” serialının ilk bölümünün tizeri çıxar-çıxmaz səs-küyə səbəb olub.

Oxu.Az xəbər verir ki, baş rollarda məşhur aktyorlar Burcu Biricik və Barış Arduçun oynadığı serialın arxa fonundakı İmadəddin Nəsiminin sözlərinə oxunan bəstə izləyicilərin diqqətindən yayınmayıb.

Belə ki, sözləri Nəsimi, bəstəsi Feyzullah Çinara aid olan “Minnet eylemem” adlı mahnını Kosovada yaşayan gənc ifaçı Florijana Rekshepi səsləndirib.

Qeyd edək ki, ölkəmizdə bu il “Nəsimi ili” elan olunub. Son günlər isə müğənnisi Afət Fərmanqızının Nəsiminin “Pəncu şeş” adlı şeirini ciddi şəkildə deyil, “6/8” ritmində aranjiman edərək, toylarda və efirlərdə oxuması müzakirələrə səbəb olub.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri