Nuridə Əliyeva Azərbaycanın model biznesinin jurnalın üz qabığına çılpaq çəkilmiş ilk “qaranquşu” oldu. Əlbəttə, bu cəsarətli addım kimlərisə şoka saldı, başqaları qızıl gözəlliyindən zövq alırdılarsa, bəziləri modelin hərəkətlərini sərt tənqid atəşinə tutdular.
Oxu.Az tanınmış model Nuridə Əlieyvanın Vesti.Az-a müsahibəsini təqdim edir.
- Nuridə, bir qədər özünüzdən danışın.
- Mən 1990-cı ildə Bakıda anadan olmuşam. Azərbaycan Dillər Universitetini bitirmişəm Rəssamlığı sevirəm. Mənim üçün rəsm çəkmək təkcə hobbi deyil. Rəssamlıqla məni çox şey əlaqələndirir. Oxumağı xoşlayıram. Bu demək olar ki, tələbata çevrilib. Yatmazdan əvvəl 20-30 səhifə kitab oxumasam yuxya gedə bilmərəm. Mənim heyvanlara qarşı sonsuz sevgim var. Yəqin ki, nə vaxtsa sahibsiz itlər, pişiklər, qayğı və sevgiyə ehtiyacı olan bütün heyvanlar üçün sığınacaq tikdirəcəyəm.
- Sizdə model biznesinə maraq haradan peyda oldu? Siz necə model oldunuz?
- Uşaqlıqda rəsm çəkməyi xoşlayırdım və televizordan arıq qızların necə podiuma çıxdıqlarını izləyirdim. Bir dəfə özümü podiumda təsvir etmək istədim. Düzdür, o zaman özümü çılpaq çəkmədim. Mənim şəkildə necə görünməyim xoşuma gəldi və o an qərara aldım ki, model olacağam.
- Neçə ildir ki, model biznesindəsiniz?
- 8 ildir.
- Siz ailəlisiniz yoxsa subay həyata üstünlük verirsiniz?
- Yox, hələlik tək də pis deyil.
- Bir müddət əvvəl açıq-saçıq, tamamilə çılpaq olduğunuz fotosessiya ilə hər kəsi şoka saldınız. Açıq deyim, bu, azərbaycanlı qız üçün kifayət qədər cəsarətli addımdır. Doğmalarınız və yaxınlarınız bu addımınızı necə qəbul etdilər?
- Mənim tanışlarım və doğmalarım məni sevir, hörmət edirlər. Onlar mənim işimə və mənim bu işə necə yanaşmağıma hörmət bəsləyirlər. Onların sayı çoxdur və bu məni ilhamlandırır.
- Siz necə hesab edirsiniz, şəkilləriniz gələcəkdə sizin ailə qurmağınıza maneə törətməyəcəkmi?
- Mən hələ ərə getmək istəmirəm, lakin düşünürəm ki, incəsənətdən başı çıxan insan məni başa düşəcək və dəstəkləyəcək.
- Yəni demək istəyirsiniz ki, yalnız incəsənətdən başı çıxan insana ərə gedəcəksiniz?
- Bəli, əlbəttə.
- Bəs birdən Azərbaycanda belə incəsənət vurğunu tapılmayacaqsa?
- Belə adam qarşıma çıxacaq. Taleh mütləq qarşılaşdıracaq.
- Sizin açıq-saçıq şəkillərinizin sosial şəbəkələrdə yerləşdirilməsindən sonra sərt tənqidə məruz qalmağınıza münasibətiniz necədir? Demək olar ki, böyük əksəriyyət sizi pisləyirdi...
- Bu insanların beyinlərində neyronlar (mənə elə gəlir ki, onların beyinləri lazım olan yerdə deyil) ideya yetişdirmir ki, pisləməklə onlar materialı daha populyar edirlər (gülür). Düzü, bu onların haqqıdır. Lakin yaxşısı budur ki, bir qədər kitab oxusunlar, bu məndən onlara məsləhət.
- Gələcəkdə belə fotosessiyada çəkilməsi planlaşdırırsınızmı?
- Bəli, niyə də yox?
- Mümkündürmü ki, gələn dəfə siz, tərəfdaşınızla birlikdə çəkiliş aparasınız?
- Hər şey tərəfdaşdan asılı olacaq. Əlbəttə, əgər xarici görünüşü Homper Simpsona oxşamayan normal oğlanlar tapa bilsək.
- Siz necə hesab edirsiniz, Azərbaycan cəmiyyəti belə layihələrə hazırdırmı?
- Belə fotosessiyalar prosesində biz “uranı” nə qədər zənginləşdirsək də, atom bombasının yaradılması ilə məşğul olmuruq. Beləliklə, məlum olur ki, cəmiyyət buna hazırdır. Düzdür, bizim ikiüzlü mentalitetimiz üçün bu, atom bombasından daha artıq bir şey deməkdir. Hərdən mənə elə gəlir ki, bizim ölkəmizdə supermen kimi bir şey yaratmaq və onu super mentalitet adlandırmaq lazımdır.
- Azərbaycanda belə fikir dolaşır ki, əgər model və ya müğənni kamera qarşısında soyunubsa, bu, onunla zəngin bir sponsor axtarır. Siz bu fikirlə razısınız?
- Məni intellekt əmsalı ayaqqabımın ölçüsündən kiçik olan insanların rəyi maraqlandırmır.
- Kifayət qədər maraqlı müqayisədir. Bəs siz insanın intellektini hansı meyarlar əsasında qiymətləndirirsiniz? Demək istəyirsiniz ki, yüksək intellekti olan yalnız sizi tərifləyən, sizinlə qürur duyan insanlardır?
- Heç də yox. Mən geniş düşünən, oxumuş, ətrafdakı insanların seçiminə hörmət edən şəxsləri yüksək intellektli hesab edirəm.
- Bu fotosessiyadan sonra sizə sevgi təklifləri olub?
- Hə, çox olub, lakin mən kiminsə ürəyini kiçik molekullara parçalamadan onlara rədd cavabı verdim.
- Siz qeyd etdiniz ki, heyvanları çox sevirsiniz. Son vaxtlar sosial şəbəkələrdə heyvanlarla amansız davranışın əks olunduğu video yerləşdirilib. Bir zamanlar britaniyalı model Londonun Parlament meydanında soyunmuş və qırmızı mayenin olduğu vannaya girmişdi. Bu, PETA-nın – heyvanların hüquqları uğrunda mübarizəyə həsr olunmuş təşkilatın aksiyası idi. Mümkündürmü ki, siz də Bakıda belə aksiya keçirəsiniz?
- Bəli, mən son hadisələrdən xəbərdaram. Böyük məmnunluqla bunu edərdim, lakin Bakıda bu demək olar ki, qeyri-mümkündür. Bəlkə də yadınızdadır, Ekvadordan olan tanınmış bir qrupa Fəvvarələr meydanında hindi folklorundan bir neçə mahnı ifa etməyə icazə vermədilər ki, guya şəhərin meri icazə vermir. Düşkünlükdür.
www.oxu.az
Rəylər