Bəstəkar-müğənni Murad Arif “Xəzər” telekanalında yayımlanan “5/5” verilişində maraqlı etiraf edib.
Oxu.Az xəbər verir ki, Axşam.az-ın məlumatına görə, sənətçi həyat yoldaşı ilə necə ailə qurmasından danışıb:
“Onunla Facebook vasitəsilə tanış olmuşuq. İlk dəfə orada yazışdıq. Sonra onu görmək üçün Stokholma yollandım, real həyatda da bir-birimizi tanıdıq. Elçiliyə özüm tək getdim. Toyumu etdim. Atamla aramızda 45-50 yaş fərq var. Təqaüdə çıxıb. Mənim ondan nəsə istəməyim doğru deyildi. Ona görə də, hər şeyi özüm elədim”.
Rəylər