21 
İyl
2014
10:05
93
27
10901
Virtual karabakh

Oksana “İndias Best Cine Star Ki Khoj” yarışmasının finalında – FOTO + VİDEO

21 İyl, 2014
10:05
10901

Oksana “İndias Best Cine Star Ki Khoj” yarışmasının finalında – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Burada sona qalan altı qız və altı oğlan bəlli oldu”.

Rəqqasə Oksana Rəsulovanın Hindistanda məşhur “İndias Best Cine Star Ki Khoj” rəqs yarışmasına qatılması ilə bağlı xəbər vermişdik.

Oxu.Az xəbər verir ki, Oksana finala vəsiqə qazanan 12 nəfərdən biri olub. O, bu haqda sosial şəbəkədə məlumat verib:

“Əziz dostlar, məni təbrik edə bilərsiniz. Şounu izləyənlər bilir ki, “İndias Best Cine Star Ki Khoj” yarışmasının finalına çıxdım. Burada sona qalan altı qız və altı oğlan bəlli oldu. Qızların arasındayam... Bundan sonra çox çətindir. Bizim aktyorluq bacarığımızı nümayiş etdirdiyimiz səhnəni izləmək üçün münsif kürsüsündə tanınmış rejissor Anuraq Basu əyləşmişdi. Məni çox bəyəndi. Hər kəsə dəstəyinə görə minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, şou Hindistanın ən məşhur kanalı olan ZEE TV-də hər həftənin şənbə və bazar günü Bakı vaxtı ilə saat 20.30-da yayımlanır.

Həmin anı 58-ci dəqiqədən etibarən izləyə bilərsiziniz.

Aytən Sadıqzadə
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri