26 
İyl
2014
09:41
36
51
9512
Virtual karabakh

Brilliantın oğlu: Arzularımın qadınını tapdım

26 İyl, 2014
09:41
9512

Brilliantın oğlu: Arzularımın qadınını tapdım

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Digər arzularla vidalaşmaq olar”.

Xalq artisti Brilliant Dadaşovanın oğlu deyəsən, subaylığa son qoyacaq.

Oxu.Az Tabloid.az-a istinadən xəbər verir ki, sənətçinin oğlu Cahad Hacıyev  sosial şəbəkədə  profilində həyatının qadınını tapdığını yazıb.

O, rus dilində “Нашел женщину своей мечты , с остальными мечтами можно попрощаться” – “Arzularımın qadınını tapdım. Digər arzularla vidalaşmaq olar” – statusunu yazıb.

Qeyd edək ki,  bir müddət öncə yerli mətbuatda xalq artistinin oğlunun evlənməsi ilə bağlı xəbərlər yer almışdı. Hətta Cahadın və  başqa millətdən olan bir xanımın körpə qız uşağı ilə çəkdirdiyi fotosu sosial şəbəkələrdə yayımlanmışdı.

Xalq artisti isə eşitdiyi xəbərdən şoka düşmüşdü. Oğlunun qeyri-rəsmi münasibət qurmasına etiraz etmədiyini qeyd edən Dadaşova Cahadın rəsmən evli olmadığını bildirmişdi.

Daha sonra isə məlum olmuşdu ki, şəkildəki uşaq Brilliant Dadaşovanın bacısının nəvəsi imiş. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri