Azərbaycanlı iş adamı Telman İsmayılovun oğlu atasının məşhur Hollivud aktrisası Monika Belluççi ilə adının hallanmasına münasibət bildirib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, iş adamının kiçik oğlu Sərxan İsmayılov yayılan xəbərlərin həqiqətə uyğun olmadığını bildirib:
“Biz necə reaksiya verdik? Biz artıq belə şayiələrə fikir vermirik. Atam da çox sakit reaksiya verdi. Sadəcə güldük, vəssəlam”.
Xatırladaq ki, mətbutda 14 illik evlilik həyatından sonra həyat yoldaşı Vinsent Kassellə boşanan aktrisanın evliliyini bitirməsinə səbəb kimi onun azərbaycanlı iş adamı Telman İsmayılovla olan əlaqələri göstərilmişdi.
Rəylər