20 
Avq
2014
12:32
47
27
4596
Virtual karabakh

“Bu gözəl oğlanı necə doğmuşam..?”

20 Avq, 2014
12:32
4596

“Bu gözəl oğlanı necə doğmuşam..?”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Toppuş əllərin var....

Xalq artisti Brilliant Dadaşova Facebook səhifəsində yeganə oğlu Cahada həsr etdiyi şeiri paylaşıb.

Oxu.Az xəbər verir ki, müğənni həmin şeiri bağ evlərindəki köhnə dəftərlərdən birində tapıb:

“Yenə köhnə dəftərlərimdən birini tapdım. Bağımız əməlli başlı arxiv imiş. Bu şeiri də oğlum 5-6 yaşında olanda yazmışam. Dostlarımla bölüşmək gəldi qəlbimdən...”

Yaxşı ki sən varsan, deyirəm Oğlum
Toppuş əllərin var
Şəkər dilin var
Yalqızam deməyə
Haqqım yox demək.

Məni yaşadacaq əməllərin var
Həyatın işıqlı səyfəsi Sənsən!
Çağlayan ruhumun həvəsi Sənsən!
Qəlbim dayanarsa nəfəsi Sənsən!
Ömrümə yaraşıq gül tellərin var.

İşığı gözlərindən alıram Oğlum
Saçdığın şəfəqə mat qalıram Oğlum
Ağlasan bulud tək doluram Oğlum
Canıma can qatan gülüşlərin var!

İsmin mənim üçün xoş gələcəkdir,
Ən gözəl qızlar səni sevəcəkdir
Sən artdıqca ana qəlbim böyüyəcəkdir
Milyonlarla nurlu səhərlərin var!

Eləki baxıram göyçək üzünə
Suallar verirəm özüm-özümə.
Axı mən həmişə çirkin olmuşam!
Bu gözəl oğlanı necə doğmuşam?

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri