22 
Sen
2014
23:27
214
76
28786
Virtual karabakh

Zaur Baxşəliyevi əmisi oğlunun toyunda döydülər - FOTO

22 Sen, 2014
23:27
28786

Zaur Baxşəliyevi əmisi oğlunun toyunda döydülər - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Aparıcı mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

Tanınmış aparıcı Zaur Baxşəliyevin toy mərasimində döyülməsi xəbəri yayılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Axar.az-a toyda iştirak edən qonaqlardan biri məlumat verib. Mənbə qeyd edib ki, hadisə ATV kanalının aparıcısı Z.Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyevin toy mərasimində baş verib.

Toy mərasimi sentyabrın 18-də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Tural” şadlıq sarayında baş tutub. Naməlum səbəbdən toyda dava düşüb. Mənbənin sözlərinə görə, Zaur Baxşəliyev mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

“Tural” şadlıq sarayından toyda baş verən dava təsdiqlənsə də, Zaur Baxşəliyevin döyülməsindən xəbərsiz olduqlarını bildirdilər.

Xatırladaq ki, Sənan Baxşəliyev ATV kanalında yayımlanan Z.Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” verilişində çalışır.

Sözügedən toydan çəkilmiş fotoları təqdim edirik.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri