30 
Sen
2014
10:14
23
84
9006
Virtual karabakh

Ölkəmizi təmsil edəcək model: Azərbaycan üçün yarıçılpaq fotosessiya normaldır – FOTO

30 Sen, 2014
10:14
9006

Ölkəmizi təmsil edəcək model: Azərbaycan üçün yarıçılpaq fotosessiya normaldır – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Sosial şəbəkədə haqqımda pis fikir yazanlar...”.

Oğlanlar arasında keçirilən beynəlxalq model müsabiqəsi “Mister İnternational 2014”-də  Azərbaycanı təmsil edəcək model Əli Zahirli haqqında Oxu.Az-da məlumat çıxar-çıxmaz, həmin yazı sosial şəbəkə istifadəçiləri və oxucular tərəfindən birmənalı qarşılanmadı. Biri niyə məhz onun ölkəmizi təmsil edəcəyini, digəri ondan yaraşıqlı modellər var, o yerə tuta bilməyəcək kimi şərhlər yazdı. Yazılanlarla bağlı  modelin də fikirlərini öyrəndik.

Həmin müsahibəni təqdim edirik:

- Model Əli Zahirlinin əslində peşəsi nədir?

- Mən bir il bundan əvvəl Moskva Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsini bitirmişəm.

- Model kimi çalışmağınızla yanaşı, həm də təhsil aldığınız ixtisas üzrə fəaliyyət göstərirsinizmi?

- Xeyr, heç vaxt ixtisasım üzrə çalışmamışam.

- Bu sahədə yeni addımlayırsınız. İndiyədək hansısa müsabiqələrə qatılıb, titullara layiq görülmüsünüzmü?

- Xeyr.

- Bəs, necə oldu ki, birdən-birə bu sahəyə gəldiniz?

- Kastinq keçirildiyini öyrəndim və qatıldım. Münsiflərin qərarı ilə birinci seçildim.

- Qatılacağınız beynəlxalq müsabiqədə özünüzü hansı pillədə görürsünüz?

- İlk beşlikdə.

- Oxu.Az-da sizin “Mister İnternational” oğlanlar arasında keçirilən beynəlxalq müsabiqədə ölkəmizi təmsil edəcəyiniz barədə yazı dərc etdik. Oxucular, sosial şəbəkə istifadəçiləri və media nümayəndələri tərəfindən bu yazıya münasibət birmənalı olmadı.  “Ondan da yaraşıqlı modellərimiz var. Niyə məhz bu model ölkəmizi təmsil edəcək? O, heç bir yer tuta bilməyəcək” kimi şərhlər gəlməkdə davam edir. Buna münasibətinizi bilmək istərdim...

- Həmin ifadələri yazanlar mənimlə birgə milli seçim turunda iştirak edən, lakin birinci yerə layiq ola bilməyən həmkarlarımdır. Onlar sosial şəbəkələrə başqa adlarla daxil olub mənim haqqımda pis şərhlər yazırlar.

- 26 iştirakçının içərisindən birinci yerə layiq görüldünüz. Onların arasında sizin ən güclü rəqibiniz kim idi?

- Mən onların arasında özümə rəqib görmürdüm.

- Müsabiqədən sonra hansısa filmdə yaxud serialda çəkilmək təklifi alsanız, hansı obraz sizdə daha uğurlu alınar?

- Döyüş səhnəsini canlandıra bilərəm. Çünki 3 il boksla məşğul olmuşam.

- Model sahəsində ilk addımlarınızdır, ixtisasınız üzrə isə çalışmırsınız. Bəs, gəlir yeriniz haradandır?

- Minik maşınlarının kirayəsi ilə məşğulam.

- Son zamanlar əksər modellər arasında çılpaq, yarıçılpaq fotosessiya etdirmək dəb halını alıb. Bununla, daha tez gündəmə gəlməyə çalışırlar. Müsəlman, şərq ölkəsində yaşayan şəxsin bu cür şəkillər çəkdirib mətbuata yayması nə dərəcədə düzgündür?

- Azərbaycan üçün yarıçılpaq fotosessiya normaldır. Mən də belə fotosessiyaya çəkilə bilərəm.

Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri