30 
Sen
2014
11:29
8
18
3363
Virtual karabakh

Azərbaycanlı müğənni özbəkistanlı həmkarı tərəfindən məhkəməyə verildi - FOTO + VİDEO

30 Sen, 2014
11:29
3363

Azərbaycanlı müğənni özbəkistanlı həmkarı tərəfindən məhkəməyə verildi - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, çəkilişlərini yarımçıq qoymaq məcburiyyətində qalıb.

Özbəkistanın tanınmış müğənnisi azərbaycanlı həmkarını məhkəməyə verib.

Oxu.Az tabloid.az-a istinadla məlumat verir ki, özünəməxsus maraqlı ifası ilə fərqlənən müğənni Ləman Əlizadə fəaliyyətə başladığı ilk gündən qalmaqalla üzləşib. Müğənni Özbəkistanda məhkəməyə verilib. Gürcüstanda “Əzizim o” adlı mahnısına klip çəkdirən L.Əlizadə çəkilişlərini yarımçıq qoyaraq Özbəkistana getmək məcburiyyətində qalıb.

L.Əlizadə bu barədə məlumat verərək bildirib ki, buna səbəb “Əzizim o” mahnısının özbək müğənnisi Şahzoda məxsus olmasıdır:

“Bununla bağlı mənə zəng vuruldu. Mənə təcili olaraq bu məsələnin yoluna qoyulması məsləhət görüldü”.

Qeyd edək ki, L.Əlizadə “Azəri Top Model 2011”-in qalibi olub.

 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri