Okt
2014
10:32
6
25
4340
Virtual karabakh

Aytən canlı efirdə Səidədən üzr istədi – FOTO

2 Okt, 2014
10:32
4340

Aytən canlı efirdə Səidədən üzr istədi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bir neçə gündür mənə şou-biznesin tanınmış simaları zəng vururlar ki...”.

ANS-in aparıcısı Aytən Səfərova ilə müğənni Səidə Sultan arasındakı qalmaqal barışıqla nəticələnib. 

Oxu.Az xəbər verir ki, axşam.az-ın məlumatına görə, aparıcı ötən gün Səidəni “Salam Azərbaycan” verilişinə dəvət etmişdi. 

İfaçının canlı yayıma gəlməsi hər kəsi heyrətləndirib. A.Səfərova da təəccübünü gizlətməyib:

“Şücaətinə heyranam, gələcəyini bilmirdim. Deyirdim, yəqin tıxac olmasını bəhanə gətirəcək. Sosial şəbəkədə deyirdilər ki, bu qədər sözlərdən, təhqirlərdən sonra gəlməyəcək, qorxacaq. Bizim aramızda insident baş verib. Hətta özümü, söz ehtiyatımı dünəndən hazırlamışdım. Deyirdim, görəsən, necə edim ki, canlı efirdə böyük qalmaqal yaşanmasın. Şücaətli insanları çox sevirəm. Sosial şəbəkədə sual vermişdim: “Səidə Sultan kimdir? Bu sənət üçün nə edib?”.

Aparıcının sözlərini gülərək qarşılayan S.Sultan bunları bildirib:

“Birincisi, Səidə insandır, yaxşı adam olmağa çalışır. İnsanlara qarşı kinim yoxdur. Səidə Sultan elə-belə oxuyan olmayıb. Sənətimin peşəkarıyam. Çünki məktəblər arasında keçirilən “Pöhrə” müsabiqəsinin, “Bakı payızı”nın laureatı olmuşam. İncəsənət Universitetinin muğam fakültəsini bitirmişəm, Vaqif Gərayzadənin tələbəsiyəm. Sənətdə hər şeyi öz gücümə etmişəm. Pulum olubsa, layihəmi gerçəkləşdirmişəm, olmayanda kənara çəkilmişəm. Efirə gəlməyə qaldıqda isə... Əgər söz vermişəmsə, edəcəkdim. Mən Allahdan qorxuram, başqa heç kəsdən. Kimsə, nəsə deyərsə, şəxsiyyətimə toxunarsa, cavabını verəcəm. Xətrimə dəyən söz evli kişi söhbəti oldu. Həyatımda heç vaxt evli kişi olmayıb. Özümü onun xanımının yerinə qoyuram, ailəlidirsə onunla necə münasibət qura bilərəm. Dürüst olsunlar, insanın səmimiliyimdən istifadə etməsinlər. Burada dürüst insanlar çoxdur. Məni mənim özüm kimi tanımaq lazımdır”.

Aytən Səfərova “Bir neçə gündür mənə şou-biznesin tanınmış simaları zəng vururlar ki, əccəb etdin Səidəni əzdin, o kimdir. Çox şücaətlisiniz ki, bura gəldiniz. Qarşıdan Qurban bayramı gəlir. Barışıq elan edilsin. Allaha da xoş gedər ki, bəndələr arasında küsülülük olmasın. Bağışlayın ki, sizə sataşmışdım” deyib. 

Sonda aparıcı və müğənni öpüşərək barışdıqlarını bildiriblər.

www.oxu.az

 
 
 

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri