29 
Sen
2014
15:43
37
26
19160
Virtual karabakh

“Məni evli kişilər saxlamaq istəyir” deyən müğənniyə Aytən Səfərovadan cavab - FOTO + VİDEO

29 Sen, 2014
15:43
19160

“Məni evli kişilər saxlamaq istəyir” deyən müğənniyə Aytən Səfərovadan cavab - FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“O, mənim şəxsiyyətimə toxunub”.

Müğənni Səidə Sultan ilə ANS-in aparıcısı Aytən Səfərova arasında qalmaqal səngimir.

Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, ifaçı “Günəbaxan”ın qonağı olub. Səidə Sultan Aytən Səfərovanın onu təhqir etdiyini deyib. “Mən ona cavab vermək istəmirdim, sadəcə olaraq o, mənim şəxsiyyətimə toxunub”.

Verilişə telefonla bağlanan aparıcı Aytən Səfərova isə şəkillərinin tamamilə fərqli olduğunu deyib. “Mən “Xəbər Sizsiniz” verilişində Səidə Sultan bu sahədə hansı xidmətlər görüb? sualını verdim. Sonra söhbət böyüdü. Görünür, mən sizin ekranda görünməyinizə səbəb oldum. Səidənin “Məni evli kişilər saxlamaq istəyir” fikrini saytlar yazıb”. 

Səidə Sultan isə aparıcının bu sözlərini onun verilişinə dəvətini qəbul etməməsi ilə əlaqələndirib. “Onun aqressiv olmasını başa düşürəm. Çünki məni 3 dəfə “Kökaltı” verilişinə çağırıb və mən getməmişəm”.

Onu da qeyd edək ki, bir müddət əvvəl “Salam Azərbaycan” verilişinin aparıcısı Aytən Səfərovanın sosial şəbəkədə müğənni Səidə Sultan haqqında yazdığı şərh onun narazılığına səbəb olmuşdu.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri