Aparıcı, bəstəkar, müğənni Murad Arif ailə həyatından danışıb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, “Hər şey daxil” verilişinə qonaq olan bəstəkar həyat yoldaşı ilə internet vasitəsilə tanış olduğunu bildirib:
“Həyat yoldaşımla özüm tanış olmuşam. Həyat yoldaşım İsveçdə yaşayıb, orta məktəbi orada bitirib, ali təhsil alıb. Məni tanımırdılar, sadəcə bilirdilər ki, Murad Arif adlı aparıcı var, “Maşın show”da qalib olub. Biz virtual olaraq internet vasitəsilə tanış olduq. Harada tanış olmağın önəmi yoxdur, əsas niyyətinin nə olmasıdır. Biz sosial şəbəkədə deyil, sosial forumda tanış olduq. Sosial şəbəkədə tanışlığa pis baxmıram. İnsanlar özünə həmdəm, həmsöhbət tapırsa, burada pis nəsə olmamalıdır”.
Rəylər