20 
Okt
2014
17:40
25
23
19968
Virtual karabakh

Türkiyənin ən yaxşı aktrisası seçilən Nəsrin Cavadzadə kimdir? - FOTO

20 Okt, 2014
17:40
19968

Türkiyənin ən yaxşı aktrisası seçilən Nəsrin Cavadzadə kimdir? - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sən demə o...

Xəbər verdiyimiz kimi Türkiyənin Antalya şəhərində 51-ci Beynəlxalq “Qızıl Portağal” film festivalında mükafatlandırma mərasimi keçirilib.

Oxu.Az bildirir ki, “Ən yaxşı film” nominasiyasında “Quzu” filmi qalib gəlib. “Ən yaxşı aktrisa” adını isə Türkiyənin bir çox məşhur serial və filmlərində çəkilən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə alıb.

Bəs, əslində Nəsrin Cavadzadə kimdir?

O, 1982-ci il iyulun 30-da Bakıda doğulub. 11 yaşında valideynləri ilə birgə Türkiyəyə köçüb. Ailənin əksər üzvləri həkim olduğu Cavadzadələr balaca Nəsrinin gələcəkdə aktrisa olacağını düşünmürdülər. Anası Fəridə xanım qızının incəsənətə meyilli olmağını uşaqkən hiss etməyə başlayıb.

Nəsrin orta məktəbi bitirdikdən sonra Marmara Universitetinin Kino və Televiziya fakültəsində ali təhsil alıb.

Daha sonra 2 il Şahika Tekand aktyorluq studiyasında aktyorluq sənətinin sirlərini öyrənib.

 2007-ci ildə N.Cavadzadə Türkiyənin ATV kanalında “Yersiz Yurtsuz” adlı serialına çəklilib. Növbəti il isə Hüseyn Karabeyin “Getmək: Mənim Marlon Brandom” və Camal Şanın “Dilbərin səkkiz günü” filmlərində rol alıb. Bu filmlərə görə Ərzurum, Bursa və Ankara festivallarında “Ən yaxşı qadın aktrisa” mükafatlarını alıb.

2011-ci ildə ATV ekranlarında yayımlanan “Al Yazmalım” serialı ona şöhrət gətirib. Daha sonra N.Cavadzadə “Gözəl günlər görəcəyik”, “Yangın var” filmlərində baş rollar alıb.

Rusca və ingiliscə sərbəst danışan Nəsrin Cavadzadə Türkiyədə ötən il baş verən “Gəzi parkı hadisələri” zamanı eks baş nazir, hazırkı prezident Ərdoğana etiraz edənlər sırasında olub.

Qeyd edək ki, aktrisa Azərbaycan urologiya elminin əsasını qoyan Mirməmməd Cavadzadənin oğul nəvəsidir.

Aytən Sadıqzadə

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri