20 
Okt
2014
18:09
84
53
39958
Virtual karabakh

Nazirlik “Spermagen” dərmanına görə Zaur Baxşəliyevi suçladı

20 Okt, 2014
18:09
39958

Nazirlik “Spermagen” dərmanına görə Zaur Baxşəliyevi suçladı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Ona görə rəsmi icazə alınmayıb”.

ATV telekanalında efirə gedən “Məni yarımdan soruş” verilişində narazılığa səbəb olan nüans meydana çıxıb.

Oxu.Az modern.az-a istinadla xəbər verir ki, aparıcı Zaur Baxşəliyev verilişin reklamlara ayrılan hissəsində cinsi potensiyanı artıran dərman preparatını reklam edib. Aparıcı tamaşaçıları əmin etməyə çalışır ki, bu, “əla vasitədir”.

Maraqlıdır, “Spermagen” adlı sözügedən dərman preparatının reklamına icazəni kim verib?

Məsələylə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli açıqlama verib. O bildirib ki, nazirlik ATV-də efirə çıxan “Məni yarımdan soruş” verilişində “Spermagen” preparatının reklamına icazə verməyib. Və ümumiyyətlə, buna görə veriliş rəhbərliyi icazə almaq üçün nazirliyə müraciət etməyib.

“Səhiyyə Nazirliyinin razılığı olmadan hansısa dərman preparatının reklamı qeyri-qanunidir. Həmçinin mütləq bilinməlidir ki, reklam olunan məhsul dərman vasitəsidir, yoxsa qida əlavəsi. Sözügedən preparatın reklamı isə bizim tərəfimizdən qeyri-qanuni sayılır”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri