27 
Okt
2014
12:48
95
26
12396
Virtual karabakh

Məhkəmə Aygün Kazımovaya bir ay vaxt verdi

27 Okt, 2014
12:48
12396

Məhkəmə Aygün Kazımovaya bir ay vaxt verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti barəsində qətnamə qəbul edildi.

Müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair iddia tələbi üzrə məhkəmə qətnamə qəbul edib.

Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun məlumatına görə, bu gün “Space” telekanalında yayımlanan “Hələ bu harasıdır” verilişində efirə gedən süjetdə məlum olub ki, qətnamə artıq qət edilib və qanuni qüvvəsini aldıqdan sonra bir ay məzmunda təkzib verilməsi və Natavan Həbibidən üzr istənilməsi vəzifəsi cavabdeh Kazımova Aygün Ələsgər qızına həvalə edilib.

“Cavabdeh Aygün Kazımovaya məxsus İnstagram səhifəsində təkzibin yerləşdirildiyi gündən etibarən bir gün müddətində silinməsi xalq artistinə qadağan edilsin”.

Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnaməni olduğu kimi sizə təqdim edirik:

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri