19 
Noy
2014
12:24
23
31
7012
Virtual karabakh

Nazənin Təranə Qumralı məhkəməyə verdi - VİDEO

19 Noy, 2014
12:24
7012

Nazənin Təranə Qumralı məhkəməyə verdi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cavabdeh üzr istəməli və mənəvi zərərin əvəzini ödəməlidir.

Müğənni Nazəninin həmkarı Təranə Qumrala (İbrahimovaya) qarşı iddia ərizəsi üzrə mülki iş Nərimanov rayon Məhkəməsində icraata götürülüb.

Oxu.Az xəbər verir ki, vəkil Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmənin hazırlıq iclası dekabrın 1-nə təyin olunub. İş Nərimanov rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanovanın icraatına verilib.

İddia ərizəsində Təranə İbrahimova tərəfindən Nazənin barəsində şəxsiyyəti və fəaliyyəti barədə mənfi rəy yaratmağa yönələn, habelə şərəf və ləyaqətini, işgüzar nüfuzunu ləkələyən, həqiqətə uyğun olmayan məlumatların yayıldığı göstərilib. Eyni zamanda həmin məlumatların yalan məlumatlar kimi tanınması, məlumatların ANS telekanalı vasitəsi ilə təkzib olunması, cavabdeh Təranə İbrahimovanın üzr istəməsi və müğənni Nazəninə  dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi tələbi əksini tapıb.

Qeyd edək ki, bir müddət əvvəl hər iki müğənni arasında narazılıq yaranıb. Tərəflər bir-birlərini qarşı ittihamlar səsləndiriblər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri