Xəbər verdiyimiz kimi noyabrın 30-dan start verilən “Best Model of the World 2014” beynəlxalq model müsabiqəsində iştirak etmək üçün təmsilçilərimiz Heydər İsgəndərov və Sima Şərafətdinova İstanbula yola düşüblər.
Oxu.Az-a daxil olan məlumata görə, modellərin arasında gizli eşq münasibətləri yaşanır. Cütlük yarışmanın kampında tez-tez ikilikdə mehriban şəkildə görüntülənir. Bu barədə hər iki təmsilçimizdən açıqlama almaq istəsək də, gənc cütlük xəbəri nə təsdiq, nə də təkzib etdi.
Xatırladırıq ki, adıçəkilən müsabiqənin finalı dekabrın 6-da İstanbulda baş tutacaq.
Təmsilçilərimizin səmimi fotolarını təqdim edirik:
Rəylər