Azərbaycanın ən gözəl qızı Türkiyənin tanınmış model agentliyi ilə kontrakt imzalayıb.
Bu haqda Oxu.Az-a məlumatı təşkilatçı, prodüser Aqil Məmiyev verib:
“Bildiyiniz kimi “Best Model of Azerbaijan-2014”ün qalibi Sima Şərafətdinova ölkəmizi bu il “Best Model of the World-2014” yarışmasında təmsil edərək “Miss Press” mükafatını aldı. Gözəlliyi ilə diqqət çəkən Sima xanımı Türkiyənin məşhur model agentlikləri və rejissorları onlarla işləməyi üçün təkliflərini irəli sürdülər. Sima xanım da öz seçimini etdi. O, Türkiyənin ən məşhur model agentliyi olan “Erberk”lə müqavilə imzalayıb”.
“Həyatda tam istədiyim yerdəyəm” deyən Sima Şərafətdinova da fikirlərini bizimlə bölüşdü:
“Mənə gələn iş təklifləri həqiqətən də çoxdur. Nəhayət ki, onlar arasından seçim edərək “Erberk”in üzərində dayandım. Bu agentlikdə Türkiyənin ən məşhur simaları çalışır. Ceyda Ateş, Pelin Kaya və Neslihan Maltepe kimi tanınmışların çalışdığı agentlikdə azərbaycanlının da olması xoş haldır”.
Aytən Sadıqzadə
Rəylər