14 
Yan
2015
11:30
175
62
12039
Virtual karabakh

Aygün Kazımova uduzdu

14 Yan, 2015
11:30
12039

Aygün Kazımova uduzdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artistinin iddiası qəbul edilmədi.

Ötən gün müğənni Natavan Həbibinin xalq artisti Aygün Kazımovaya qarşı “Şərəf və ləyaqətin, işgüzar nüfuzun müdafiəsinə dair” iddia tələbi üzrə Bakı Apellyasiya Məhkəməsində mülki işə baxılıb. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, məhkəmə kollegiyasının yekun qərarı ilə Nəsimi Rayon Məhkəməsinin Natavan Həbibinin xeyrinə çıxardığı qətnamə dəyişdirilmədən qüvvədə saxlanılıb, xalq artistinin iddiası qəbul edilməyib.

Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinə əsasən Aygün Kazımova Natavan Həbibinin ünvanına işlətdiyi yalan məlumata görə, təkzib verməli və təhqiramiz ifadələrə görə üzr istəməlidir. Qətnamədən narazı qalan xalq artisti apellyasiyaya şikayət vermişdi.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri